"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
17.05.2021 17:05
Bölmə:Xəbər 86 dəfə oxunub

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.

Versiya.az xəbər verir ki, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun “həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.

Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

 

reklam