"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Fələstin-İsrail gərginliyinin memarı bu şəxsdir... - Tarix
17.05.2021 13:44
Bölmə:Tarix 124 dəfə oxunub

Son günlər gündəmə gələn Fələstin-İsrail gərginliyinin təməli 104 əvvələ gedib çıxır.

Kult.az xəbər verir ki, 2 noyabr 1917-ci ildə, Birinci Dünya müharibəsi davam edərkən Britaniya xarici işlər naziri olan Artur Balfurun açıqlaması hər iki xalqın milli tarixində əhəmiyyətli, lakin çox fərqli bir yer tutur.

Britaniya Balfur bəyannaməsində o vaxt Osmanlı İmperatorluğunun bir hissəsi olan Fələstində “yəhudi milli vətəni”nin yaradılmasını dəstəkləyəcəyini bildirib.

Bu səbəbdən bəyannamə bir çoxları üçün İsrail-Fələstin məsələsinin başlanğıc nöqtəsi kimi qəbul edilir.

Bəyənnamənin mətni Böyük Britaniya vətəndaşı olan, eyni zamanda yəhudilərin liderlərindən sayılan Lord Rodşildə məktub formasında göndərilir.

Məktub L.Rodşildə çatdıqdan 1 həftə sonra, yəni 9 noyabr 1917-ci ildə mətbuatda yayımlanır. Beləliklə, ictimaiyyətin məsələ ilə bağlı məlumatı olur.

Bundan başqa, mətndə “dövlət” əvəzinə “milli vətən” anlayışından istifadə edilir və tam olaraq hansı sərhədləri nəzərdə tutduğu göstərilmir.

reklam