"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Alı Alıyev Ramazan bayramı günlərində kümçülərlə görüşüb- Foto
17.05.2021 13:26
Bölmə:Sosial 222 dəfə oxunub

Prezident İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır. 

RİH-nin Mətbuat xidmətindən verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayon prokuroru Elnur Rüstəmov ilə birgə Ramazan bayramı günlərində karantin qaydalarını gözləməklə Bala Bəhmənli kəndində olaraq həmin kənddə ipəkqurdu saxlayan kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyələr verib.

Alı Alıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının daha da yüksəldilməsinə xidmət edir.

İpəkqurdu saxlayan kümçülər isə dövlət başçısının tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndiribər.

 

 


 

reklam