"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
İranda ən şanslı namizəd: - əgər seçkiyə buraxılsa…
16.05.2021 12:13
Bölmə:Dünya 93 dəfə oxunub

İranda seçki prosesi digər ölkələrdən fərqlidir. Bildiyiniz kimi, İranda baş nazir və prezidentdən yüksək səlahiyyətə malik Ali lider mövcuddur.

Versiya.az bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov İranda qarşıdan gələn prezident seçkiləri haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, artıq İranda prezident seçkisində mübarizə aparacaq namizədlərin qeydiyyatı başlayıb. Xüsusilə üç namizəd şanslı sayılır:

“Bunlar keçmiş prezident Mahmud Əhmədinejad, İran parlamentinin keçmiş sədri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisidir.

Düşünürəm, Konstitusiyanı Mühafizə Şurası Mahmud Əhmədinejadın namizədliyi təsdiqləsə, seçilmək imkanları daha genişdir. Xüsusilə onun prezident təcrübəsinin olması şanslarını daha da artırır. Ümumilikdə isə düşünürəm, qeyd etdiyim üç namizəd arasında əzmkar mübarizənin şahidi olacağıq”.

reklam