"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Kərim Kərimli: Şuşanın yeni qızıl dövrü başlayır- MÜSAHİBƏ
10.05.2021 15:20
Bölmə:Müsahibə 97 dəfə oxunub
style="text-align: justify;">Gözləntilərimiz doğruldu. Şuşamız Azəbaycanın mədəniyyət paytaxtı elan edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşanın mədəniyyət paytaxtı elan edilməsiylə əlaqədar sərəncam imzaladı.
 
İndi üzərimizə düşən nədir? Hamımızın. Rəsmi qurumlardan tutmuş, hər bir vətəndaşa qədər. Şuşa bizim üçün elə bir ucalıqda, elə bir dəyərdədir ki, onu tanıtmaq üçün hər birimiz səy göstərməliyik. 30 il ərzində şuşasızlığın acısını canımızdan çıxarmaq üçün!
 
Yazıçı-publisist, jurnalist, əsl şuşalı Kərim Kərimlinin niyyətini öyrəndik:
 
 
- Şuşa işğaldan azad ediləndən az sonra Prezident belə bir bəyanat vermişdi: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”. Bu, özlüyündə böyük addım, ciddi bir bəyanat idi.

Bəli, dünən dövlət başçısı olduqca əhəmiyyətli bir sənədə qol çəkib – “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bundan sonra Şuşa ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ayrıca bir xətt təşkil edəcək və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi bütövlükdə dünyanın gündəmində və gündəliyində xüsusi yerini həmişə müəyyənləşdirəcək.
 
K.Kərimli məlum sərəncamım məhz may ayının 7-də imzalanmasının xüsusi önəm daşıdığını bildirdi:
 
- Burada qeyd olunması vacib bir məsələ də sərəncamın imzalandığı zaman - ərəfə məsələsidir. Zənnimcə, mayın 7-i heç də təsadüfən seçilməyib və Şuşanın azad olunmasından az sonra verilmiş bəyanatın sərəncama çevrilməsini təmin etmək, rəsmiləşdirmək üçün rayonun işğal tarixinin bu dəfə azadlıqda olan ilk ildönümü günlərinə qədər gözləmək və məhz 8 maydan bir gün əvvəl belə bir sərəncam imzalamaq həm də bir neçə amili qabardır. Bu sərəncam, birincisi, Şuşanın bundan sonrakı əbədi həyatının mütləq şəkildə necə olacağını, hansı mədəniyyətin daşıyıcısı, sahibi, təbliğçisi və tərənnümçüsü olacağını göstərən qəti mövqeni ifadə edir. İkincisi, bundan sonra Şuşanın Azərbaycan xalqının həyatında ötən yüz illiklərdə olduğu kimi və ondan da qat-qat yüksək səviyyədə hansı taleyüklü mövqe tutacağını və rol oynayacağını göstərən qəti qərardır. Üçüncüsü isə əsas Ermənistana və onu dəstəkləyərək qızışdırmağa çalışan müəyyən qara niyyətli qüvvələrə bundan sonra Şuşanın, deməli həm də Qarabağın və bütövlükdə Azərbaycanın yalnız sülh şəraitində mümkün olan mədəni inkişaf yolu tutduğunu və bu yolu yenidən minalamaq istəyən hansısa revanşist istəklərin meydana çıxacağı hallarda o istəklərin sahiblərinin necə ağır cəzaya məruz qalacaqlarını nümayiş etdirmək fikrində olduğunu göstərən hərbi əmrə bərabər bir sənəddir!
 
Bundan sonra bu tarixi gün bizim təqvimə həm də nəhəng mədəni inkişafın başlanğıcı günü kimi düşəcək...
 
K.Kərimli qeyd etdi ki, ötən ilin noyabr ayının 8-dək – 28 il 6 ay ərzində şuşalılar üçün, hər gün 8 may idi (bütün xalq üçün də həmçinin):
 
- Biz hər gün 8 may faciəsini yaşayırdıq. Təzədən, təkrarən. Bu elə bir miqyasda faciədir, elə böyük bədbəxtlikdir ki, bunu sadəcə “həvəskar” arzusu ilə təsəvvür etmək, gözlərin önündə canlandırmaq və başına gəlmiş insan kimi yaşamaq mümkün deyil. Bunun bütün miqyasını, böyüklüyünü və ağırlığını tam anlamaq və yaşamaq üçün başına gələn olmaq lazımdır ki, bunu da mən heç kimə arzulamıram.
 
Ancaq bundan sonra biz bu tarixi hər şeydən əvvəl 7 may kimi yaşayacağıq. 8 noyabr Zəfər və Şuşanın azadlığı günü olacaqsa, 7 may da Şuşada Azərbaycan mədəniyyətinin xüsusi intibah dövrünə, çiçəklənmə əsrinə qədəm qoyduğu bir gün kimi qeyd ediləcək, yaddaşlara həkk olunacaq. Beləliklə, Şuşamızın ömrünün yeni dövrü, iki kəlmə ilə desək, qızıl dövrü başlayır. “Start” komandasını da məhz Prezidentin dünən imzaladığı bu tarixi sərəncam verdi. / Sherq.az
reklam