"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Bakıda evlərdən 40 min manatlıq oğurluq edildi- Video
05.05.2021 13:34
Bölmə:Kriminal 70 dəfə oxunub

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Taleh Muxtarov tutulub.

Araşdırma zamanı onun Xəzər rayonunun Binə və digər qəsəbələrində 6 evdən pul, qızıl-zinət, məişət əşyaları, habelə velosipedlər oğurladığı məlum olub. Onun zərərçəkənlərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Araşdırma zamanı Taleh Muxtarovun paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdiyini etiraf edib.

 

Qeyd edək ki, saxlanılan şəxs əldə etdiyi qızl-zinət əşyalarını metronun “Neftçilər” stansiyasının yaxınlığındakı qızıl qəbulu mağazalarına satıb.

 

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Taleh Muxtarov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

"Taleh Muxtarov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.

VIDEO
reklam