"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
“Azərbaycan İsrailin müttəfiqi, dostu və ən böyük enerji tədarükçüsüdür” -- Nazir Qabi Aşkenazi
29.04.2021 10:59
Bölmə:Siyasət 166 dəfə oxunub

“Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və ən böyük enerji tədarükçüsüdür”.

Yenisabah.az “Jerusalem Post”a istinadla xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Qabi Aşkenazi bildirib.

O, Azərbaycanın İsraildə turizm və ticarəti inkişaf etdirmək üçün bir mərkəz açma planını məmnuniyyətlə qarşılayıb və bunu İsraildə səfirlik açma yolunda əhəmiyyətli bir addım adlandırıb.

Aşkenazi deyib: “Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və ən böyük enerji tədarükçüsüdür. İsrail iqtisadiyyatının koronavirus böhranından davamlı qurtuluşu naminə Azərbaycanla mühüm əlaqələrin inkişafı və yeni sahələrə genişləndirilməsinə çalışacağıq”.

reklam