"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Horadiz şəhərində “Dəmir yumruq” sənədli filminin təqdimatı olub
28.04.2021 12:29
Bölmə:Xəbər 129 dəfə oxunub

Horadiz şəhərində Füzuli Dram Teatrının binasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilib.

Versiya.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra çıxışlarda şanlı tariximizin bir parçası olan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığından, xalqımızın bir yumruq kimi birləşməsindən bəhs olunub.

Şəhid anası Lətifə xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Daha sonra “Dəmir yumruq” filminə baxış keçirilib. (Azərtac)

 

reklam