"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Lənkəranda qayınana gəlinini belə döydü- Video
28.04.2021 11:38
Bölmə:Kriminal 102 dəfə oxunub

Sosial şəbəkələrdə Lənkəranın Yuxarı Nüvədi kəndində qayınanın hamilə gəlinini döyməsi ilə bağlı görüntülər ciddi rezonans doğurub. 

Yayılan məlumatlarda gəlinin kimsəsiz olduğu bildirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis şöbəsində araşdırma aparılır. “Sosial şəbəkələrdə gəlinin qayınanası tərəfindən döyülməsilə bağlı yayılan görüntülər Lənkəran Rayon Polis şöbəsində araşdırılır”. 

Qeyd edilib ki, Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı təvəllüdlü Guldənaz Qurbanovanın gəlinini döyməsi faktı ilə bağlı rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir: “Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Lənkəranda gəlinin qayınanası tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Yuxarı Nüvədi kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə Lent.az-a bildirib ki, gəlinini döyən qayınana ruhi xəstədir:

“Qayınananın adı Girdənazdır. Təxminən 70 yaşı olar. Uzun illərdir ruhi xəstəliklə bağlı müalicə alır. Lənkəran ruhi-əsəb dispanserində qeydiyyatdadır. Əvvəllər heç vaxt gəlinini döyməyib. Əsəbləri pozulub, xəstəliyi oyanıb deyə döyüb. Qızı gəlib yenə müalicəyə aparıb. Gəlin isə hamilə deyil. 24-25 yaşı olar. İki uşaq anasıdır”.

Həmin videonu təqdim edirik:

reklam