"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Ermənilər Füzulidə 57 hektar meşə sahəsini məhv ediblər
28.04.2021 10:28
Bölmə:Xəbər 209 dəfə oxunub

Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinib.

Versiya.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O deyib ki, bunlardan 2200-ü (42 faizi) Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir.

V.Kərimov qeyd edib ki, işğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örütülü olub:

"Peyk təsvirlərinə əsasən işğal dövründə ermənilərin Füzulidə 57 hektar meşə sahəsini məhv etdiyi müəyyən olunub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı 100 illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar".

reklam