"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Füzulidə mədəniyyət müəssisələrinə baxış keçirilib- Foto
26.04.2021 12:53
Bölmə:Mədəniyyət 127 dəfə oxunub
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli rayon Qarabağ kənd Uşaq Musiqi Məktəbi və Mollavəli kənd kitabxana filalına baxış keçirib.
 
Versiya.az xəbər verir ki, idarə rəisi Qarabağ kənd Uşaq Musiqi Məktəbində dərs prosesi ilə yaxından maraqlanıb, məktəbin müəllim kollektivi ilə geniş iclas keçirib. İclasda F. Xudanlı Qarabağın işğaldan azad olunması münasibəti ilə hər kəsi təbrik edərək, bizə bu zəfəri yaşadan Ali Baş Komandana təşəkkürünü bildirib.
O, Mədəniyyət Nazirliyinin 2021-ci il üçün əsas hədəflərini xatırladaraq, mədəniyyəti Qarabağa qaytarmaqda mədəniyyət işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü, şəhid və qazilərimizə olan borcumuzu ödəyə bilmək üçün hər kəsin öz sahəsində dürüst və vicdanlı şəkildə peşə səlahiyyətlərini icra etməsinin vacibliyini vurğulayıb.
F. Xudanlı həmçinin keçmiş illərdə məktəbin fəaliyyətində ciddi nöqsanlar olduğu və bütün neqativ halların aradan qalxması yönündə müvafiq tapşırıqlar verib. Gələcək iş prinsipində dərslərin keyfiyyətinin yüksəldilməsi məsələsi qeyd olunub.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayonu üzrə baş məsləhətçisi (nümayəndə) Elşad Cəfərov, məktəb direktoru İlhamə Baxşalıyeva və müəllimlərin fikirləri dinlənilib, tədrisin təşkili və inkişafına dair onları maraqlandıran suallar idarə rəisi tərəfindən cavablandırılıb.
 
Bir bir və ya daha çox şəxs, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
 
reklam