"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
“Türkiyə Azərbaycanın qardaş ölkəsi, İsrail isə strateji tərəfdaşıdır” - Hikmət Hacıyev
26.04.2021 10:10
Bölmə:Müsahibə 97 dəfə oxunub

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Israel Hayom”a müsahibə verib.

Versiya.az həmin müsahibəni təqdim edir:

- Prezident Əliyev Baş nazir Binyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi ilə üçtərəfli zirvəyə ev sahibliyi etməkdə maraqlıdırmı?

- Türkiyə Azərbaycanın qardaş ölkəsi və İsrail bizim strateji tərəfdaşımızdır. Dostlarımızın bir-biri ilə dost olmasını istəyirik. Tərəflər belə bir təşəbbüslə razılaşsalar, o zaman Azərbaycan onları qarşılayacaq.

- İsrail ilə Türkiyə arasındakı münasibətlərdəki son inkişaflar Prezident Əliyevin vasitəçilik səylərindən irəli gəlirmi?

- İsrail ilə Türkiyənin oxşar maraqları bölüşdüyünə inanırıq. İnanırıq ki, aralarındakı əməkdaşlıq da bu maraqlara xidmət edir. Azərbaycan bu münasibətləri yaxşılaşdırmaq üçün əlindən gələni edir.

- İsrail-Azərbaycan münasibətlərini bənzərsiz edən nədir?

- Münasibətlərimiz söz üzərində qurulmur. Strateji xarakter daşıyır. Bir-birimizi başa düşürük. Düşünürəm ki, münasibətlərin məhəyi əslində, xalqlar arasındakı əlaqədir. İsrail-Azərbaycan münasibətləri dürüst tarixi anlaşma üzərində qurulur. Əməkdaşlığımıza zərər verməyə çoxlu cəhdlər olub. Amma Azərbaycanla yaxşı münasibətlər dünyanın hər yerində yəhudi xalqının marağına uyğundur.

Hikmət Hacıyev müsahibəsində ABŞ-ın Qafqaza dair siyasətinə və rəsmi Bakının gözləntilərinə də toxunub.

- ABŞ administrasiyasından mesajlar gözləyirik. Keçmiş iki Amerika administrasiyası Qafqazda tammənalı iş görməyib. Əksinə, Obama administrasiyası, İsrail də daxil olmaqla, dostları ilə davranışlarında səhv edib. Eyni şey Azərbaycana da aiddir.

- Vaşinqtondakı yəhudi lobbisi ilə əlaqə saxlayırsınız?

- İsrail ilə əlaqələrimiz bütün sahələrdə əladır. Eyni zamanda İsrail-Azərbaycan əlaqələri də yəhudi xalqı ilə Azərbaycan xalqı arasındakı dostluq üzərində qurulur. Bizim üçün “lobbi” deyilən bir termin yoxdur. ABŞ-da yaşayan yəhudilər Azərbaycanın dostudur və dostluğumuz dünyanın hər yerində olduğu kimi eyni təmələ əsaslanır.

ABŞ-dakı yəhudi təşkilatları Azərbaycanın mesajını çatdırmaqda bizə böyük kömək edir. Bu ideya bölgədə yeni əməkdaşlıq sahələri, Cənubi Qafqazda sülh və sabitlik yaratma səylərinə əsaslanır. Azərbaycanda fərqli mədəniyyətlər və dinlər uzun illərdir birlikdə yaşayıb. Azərbaycanda yaşayan yəhudilərin və dünyadakı yəhudilərin bizə kömək etdiyini görməkdən qürur duyuruq.

- Ölkənizin İranla nüvə razılaşması ilə bağlı mövqeyi necədir?

- Biz həmişə danışıqları dəstəkləyirik. Danışıqlar faydalı və xalqlar arasında anlaşma üçün əlverişli ola bilər.

- Niyə Azərbaycanın İsraildə səfirliyi yoxdur?

- İsraillilər Azərbaycana gələndə barışıq mesajını görürlər və ölkənin hər yerində İsrail bayraqları dalğalanır. Bu, Azərbaycandakı insanların qəlbindən gəlir və ölkələr arasındakı münasibətlərin dəyərinə verdiyi təşəkkürü ifadə edir. Mükəmməl anlayışlarımız və mükəmməl diplomatik əlaqələrimiz var. Müstəqilliyini elan edəndə, İsrail Azərbaycanı tanıyanlardan biri idi. Bəzən diplomatik bir nümayəndəlik mövcud ola, ancaq münasibətlər İsrail və Azərbaycanda olduğu kimi yaxşı olmaya bilər...

- İsrail şirkətlərinin Qarabağın bərpasında iştirak etməyini istəyirsinzi? 

- İsrail şirkətləri ilə əlaqə qururuq və hökumətlərarası əlaqələrdən istifadə etmirik. İsrail şirkətlərinin bizə kömək etmə potensialı böyükdür. Biz İsrail şirkətlərinin “ağıllı şəhərlər” qurmaqda və su sektorunda köməyində maraqlıyıq. 

reklam