"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Bayden “erməni soyqırımı”nı tanımağa hazırlaşır
22.04.2021 10:31
Bölmə:Dünya 98 dəfə oxunub

ABŞ prezidenti “erməni soyqırımı”nı tanımağa hazırlaşır.

Versiya.az xəbər verir ki, bu barədə “Wall Street Journal”ı Bayden administrasiyasındakı adlarının açıqlanmasını istəməyən mənbələr bildirib.

Onların sözlərinə görə, aprelin 24-də prezident Co Bayden Birinci Dünya müharibəsi əsnasında baş vermiş “erməni soyqırımı”nı rəsmi olaraq tanıyacaq.

Bu, Türkiyə-ABŞ ikitərəfli münasibətlərinə ciddi ziyan vurma ehtimalı olan bir addım ola bilər.

Xatırladaq ki, 2019-cu ildə ABŞ Nümayəndələr Palatası “XX əsrin əvvəllərində Osmanlı İmperiyası dövründə erməni soyqırımı”nı səs çoxluğu ilə tanıyan qətnamə qəbul edib.

reklam