"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Qanunsuz ov edən 6 nəfər saxlanılıb
19.04.2021 13:01
Bölmə:Kriminal 104 dəfə oxunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə Qax rayonu Sarıbaş kəndinin yaxınlığında qanunsuz ovla bağlı daxil olan məlumat əsasında Xidmətin əməkdaşları tərəfindən 6 nəfər saxlanılıb.

Xidmətin rəisi Hikmət Əlizadə Versiya.az-a bildirib ki, həmin şəxslərin silahlı olduğunu və Dağıstan turunun ovlanmasına ciddi şübhələr yarandığını nəzərə alaraq tərəfimizdən dərhal Qax rayon polis şöbəsinə müraciət olunub və ovçulara məxsus silahlar, müvafiq sübutlar polis şöbəsinə təqdim edilib.

“Polis şöbəsi tərəfindən ilkin araşdırma aparıldıqdan sonra təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”. 

reklam