"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Yazıçıdan sərt sözlər:- “Onlar sənin ananı, bacını, körpəni...“
16.04.2021 16:38
Bölmə:Ədəbiyyat 184 dəfə oxunub

Bir neçə gün öncə Bakıda Hərbi Qənimətlər Parkının açılışı baş tutdu. Amam bu önəmli təşəbbüsə kölgə salmağa çalışanlar da oldu. Bəzi adamlar həmin parkda erməni əsgərlərinə məxsus dəbilqələrin və vaxtilə düşmən ordusunun ixtiyarında olmuş hərbi texnikanın nümayişini faşizm kimi qiymətləndirdi. Görünür, bu günün özündə də şəhid verən bir xalqın bəzi “vətəndaş”ları tez zamanda yaşadığımız dəhşətləri unudaraq erməni təəssübkeşliyinə başlayıb.  Yəqin, bu “humanizm” carçıları hərbi qənimətlərin nümayiş etdirildiyi dünya muzeylərindən bixəbərdir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət bu cür münasibətin bizdə təzə olmadığını vurğulayıb:

“Bu yanaşma əvvəllər də olub, indi də var, sabah da olacaq. Kimlərin bu addımı faşizm adlandırdığını bilmirəm, heç adlarını eşitmək də istəmirəm, bir onu deyə bilərəm ki, onların faşizmdən anladığı bir şey yoxdur. Faşizm odur ki, bu gün ermənilər minalanmış ərazilərin xəritəsini vermirlər və bizim hələ də əsgərlərimiz şəhid, insanlarımız həlak olur. Onların “humanizm”inə biz çox yaxşı bələdik. Həmin şəxslər nə humanizmin, nə də faşizmin mənasını dərk edirlər”.

Seyran Səxavət bildirib ki, xüsusilə yaddaş problemi olan bir xalqın Hərbi Qənimətlər Muzeyinə sahib olması çox vacibdir:

“Açıq havada elə bir muzeyin yaradılması mənim çox xoşuma gəldi. Biz heç vax bunu etməmişik. Böyük xalqıq, amma hərdən baş verənləri unuduruq, ona görə də minimum hər 30 ildən özümüzü silkələyib böyük xalq olduğumuzu yadımıza salmalıyıq. Bilirsiz, bu nəyə bənzəyir?! Kəndə gedirsən, həyətdə bir uşaqla rastlaşırsan, o özünü yaxşı aparmayanda ətrafda olan biri, “A bala, sən filankəsin nəslindənsən”,-deyir. Yəni həmin şəxs uşağın yaddaşını silkələyir və yaddaşın tozu tökülən kimi uşaq kim olduğunu xatırlayaraq ona layiq davranır. Mən “humanist”lərin hərəkətini lap yaxşı başa düşürəm. Bunlar ancaq ürək bulandırırlar. Belə davranmaqla başqa nəyə nail ola bilərlər ki?! Maraqlıdır, görəsən, bunlar bizə qarşı törədilən Xocalı faciəsini niyə yaddan çıxarırlar? Mən bayaq yaddaş problemindən söz açdım, amma “humanist”lərin heç yaddaşı da yoxdur. Axı sənin ananı, bacını, ağsaqqalını, körpəni qılıncdan keçiriblər, güllələyiblər, gözlərini çıxarıblar. Sən bunları necə həzm edə bilərsən?”.

Həmsöhbətimiz belə adamları insan hesab etmədiyini diqqətə çatdırıb:

“Mənə belə “humanizm” lazım deyil. Mən yazıçıyam, əsərlərim dünyanın bir 50 dilinə tərcümə edilib, az-çox tanınıram, hətta bir dəfə dedim ki, “Mənə yaraşmaz durub bir xalq haqqında, “Bu xalq başdan-ayağa faşistdir”,-deyim”. Amma bəli, bir neçə ay əvvəl dediyim başqa bir fikri mən yenə təkrarlayıram. Erməninin içərisində sağlam adam tanımıram, hamısı xəstədir. Əgər onlar elə bu saatdan təmizlənmə prosesinə başlasalar, hardasa 70 ildən sonra bir az normal nəsil dünyaya gələ bilər. Nifrət adamı məhv edən, özünü çatladan bir şeydir. Amma səbəbsiz nifrət ikiqat sürətlə məhvə aparır. Bunun daşıyıcısı xalqdırsa, xalq da məhvə gedir.

Onlar hərbi qənimətlərlə bağlı dünyadakı muzeylərdən də xəbərsizdirlər. Lap heç ortada dünya təcrübəsi yoxdur. Mənə Xocalı faciəsini yaşadan bir millətdən əldə etdiyim hərbi qənimətin yaxşı edib açıq havada muzeyini təşkil edirəm. Axı burada pis nə var? Ayıbdır, bu murdarçılıqlardan əl çəkmək lazımdır. Axı Allahın da işini artırmaq olmaz. Elə günah etmək lazımdır ki, Allah səni asanlıqla bağışlasın. Bütün məsələlər Allahın əlindədir. Amma mənə elə gəlir ki, insanın günahını bağışlamaqda Allah bəzən çətinlik çəkir”.

reklam