"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Nazirlikdən göstəriş - Ağacların budanmasını dayandırın
16.04.2021 11:12
Bölmə:Xəbər 123 dəfə oxunub

Bakı şəhəri Yasamal rayonu Şərifzadə-192 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov Versiya.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların vegetasiya dövrü olmasına baxmayaraq ərazidə budama işlərinin aparıldığı müəyyən olunub.

V.Cavadov qeyd edib ki, mütəxəssislər tərəfindən aparılan araşdırma zamanı budama işlərinin düzgün aparılmadığı, ağacların 4-5 metr hündürlükdən sərt budandığı məlum olub: "İşlərin təcili dayandırılması və budanan ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə aprelin 15-də Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib”.

 

reklam