"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
XİN Paşinyana maraqlı cavab:- ŞEİRLƏ
16.04.2021 10:49
Bölmə:Siyasət 133 dəfə oxunub

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsi Ermənistan baş naziri N.Paşinyanın ölkə parlamentində söylədiklərini şərh edib.

Versiya.az-ın məlumatına görə, XİN-in şərhində deyilir:

"14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“ Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda.”

reklam