"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Erməni blogerdən şok iddia: - Arutunyan Şuşada azərbaycanlılarla görüşüb!
12.04.2021 11:59
Bölmə:Qarabağ 231 dəfə oxunub

Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yeni sensasion məlumat yayıb.

Versiya.az xəbər verir ki, Soqomonyan Qarabağ terrorçularının rəhbəri Araik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb.

O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan erməni diversantların Yerevana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.

Qaqik Soqomonyan Ermənistan rəsmilərindən bu məlumata rekasiya verməyi tələb edib. (Modern.az) 

reklam