"Balongəzdirən"- hekayə
Dmanisidə 8 nəfər saxlanılıb - Komitə açıqlama yaydı
Ordumuz Naxçıvanda təlimlərə başladı - Video
“Ermənistanda Azərbaycanın agentləri var” - Paşinyandan sensasion açıqlama
Beyons rekord qırdı - FOTO
15.03.2021 12:44
Bölmə:Şou 126 dəfə oxunub

Amerikalı müğənni Beyons “Grammy” mükafatları tarixində qadınlar arasında ən çox nominasiya qazanaraq rekord qırıb.

Bu barədə CBS telekanalı məlumat yayır.

Belə ki, 63-cü mərasim zamanı müğənninin “Brown Skin Girl” mahnısına çəkilən klipi “Ən yaxşı musiqili video” nominasiyasında, eləcə də “Black Parade” mahnısı “R&B janrında ən yaxşı mahnı” kateqoriyasında qalib olub.

Onun rep müğənnisi Meqan Thee Stallionla birgə ifası olan “Savage” “Ən yaxşı rep mahnı” mükafatına layiq görülüb.

İndi Beyonsun 28 “Grammy” mükafatı var və bununla da o Elison Kraussun rekordunu qırıb.

2010-cu ildə 52-ci “Grammy” mükafatlarında Beyons bir il ərzində 10 nominasiya üzrə qalib olub.

 

reklam