İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
Daha 7 nəfər koronavirus xəstəsi polis tərəfindən saxlanıldı
07.04.2021 11:40
Bölmə:Xəbər 36 dəfə oxunub

Aprelin 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Versiya.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşları xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə  çağırır.

reklam