İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
Dolların dəyər itirməsi fonunda manat bahalaşacaq?- ŞƏRH
07.04.2021 10:53
Bölmə:İqtisadiyyat 135 dəfə oxunub
"Böyük Britaniya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib. Dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib”.
 
Versiya.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
 
Onun sözlərinə görə, Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyirinə işləyib:
 
"Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır. Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb”.
 
İqtisadçı qeyd edib ki, əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır:
 
”Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.
reklam