İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
59 yaşlı şəxs azyaşlı qıza cinsi təcavüz edib
05.04.2021 19:05
Bölmə:Kriminal 80 dəfə oxunub
Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar Neftçala Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.  
 
DİN Mətbuat Xidmətindən Versiya.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.  
 
Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 
 
Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
reklam