İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
"Rusiya səfiri XİN-ə çağırılmalıdır" - Elxan Şahinoğlu
05.04.2021 17:36
Bölmə:Xəbər 67 dəfə oxunub

"Rusiya səfiri XİN-ə çağırılmalıdır".

Versiya.az xəbər verir ki. bu fikirləri "İsgəndər"lərlə bağlı qalmaqallar haqqında Unikal.org-a açıqlama verən siyasi şərhçi, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib.

Politoloq raketlərin Rusiyadan Ermənistana qanunsuz yollarla aparılması barədə deyilənlərə inanmadığını bildirib: "Boş sözdür. Sadəcə inkarçılıq siyasəti yürüdürlər. Biz sübut kimi qalıqları göstəririk. Yalandan yaya bilərlər ki, guya Ermənistan raketləri gizli yollarla əldə edib və sair. Bu, mümkün olan məsələ deyil. Rusiya kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatlarından biridir. Necə oldu ki, belə müasir silahları zavoddan apardılar, amma gözləri görmədi? Rusiyada kosmik müşahidə sistemlərin tutmuş hər şey var. Bizim əlimizdə həmin raket qalıqları var. Biz faktı göstəririk".

Ekspert atılmalı olan addımlardan da danışıb: "Düşünürəm ki, bu məsələni ciddi qaldırmaq lazımdır. Bu məsələ aydınlaşdırılmalıdır. İlk növbədə Rusiya səfiri XİN-ə çağırılmalıdır. Tələb olunmalıdır ki, birgə komissiya yaradılsın və məsələ araşdırılsın".

reklam