İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
"Kredit qoyuluşlarının 17 faizi regionların payına düşür" - Vüqar Bayramov
05.04.2021 12:04
Bölmə: 85 dəfə oxunub
"Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldqıda o zaman kredit qoyuluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur".
 
 
Versiya.az xəbər verir ki,  bunu iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditinin cəmi 17 manatı regionların payına düşür. Və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərində ayırırlar: "Bankların regionlara daha az kredit ayırlmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibidr.
 
İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir".
reklam