İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
Azad edilmiş ərazilərdə minadan həlak olanların sayı açıqlandı
05.04.2021 11:27
Bölmə:Gündəm 173 dəfə oxunub

Ermənistanın mina xəritələrini təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsaitin xərclənməsinə səbəb olur.

Versiya.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

O qeyd edib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir:

"İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq üçün minlərlə bilbordlar quraşdırılıb. Həmin ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb”. (Trend)

reklam