İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
“Caliber” Şuşaya “İskəndər M” raketinin atılmasının görüntülərini paylaşdı - Video
02.04.2021 23:32
Bölmə:Xəbər 186 dəfə oxunub

“Caliber” layihəsinin “YouTube” səhifəsində növbəti videosüjet yayımlanıb.

Süjetin müəllifləri ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin “İskəndər M” raketləri ilə atəşə tutulması barədə danılmaz faktların təqdim edilməsindən sonra məsələ ilə bağlı fantastik versiyaların irəli sürüldüyünü diqqətə çatdırıblar.

“Hazırda media məkanında yalnız Rusiya ordusunun ixtiyarında olan raketlərin Ermənistana Suriyadan gətirilməsi kimi absurd fərziyyələr irəli sürülür. Açıq-aydın həqiqəti təkzib etməyə çalışanlar üçün 44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən çəkilmiş kadrları təqdim edirik”, - deyə süjetdə bildirilib.

Videoda eyni qurğudan iki ardıcıl raket atəşi əks olunur və bunun texniki cəhətdən  “Elbrus” və ya “Toçka U” kimi komplekslərdə mümkün olmadığı qeyd edilir.

Daha ətraflı “Caliber”in süjetində:

 

reklam