İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
“Qırmızı Bazarda bizi azərbaycanlıların kolonu qarşıladı...”- Separatçılar arasında qarşıdurma
02.04.2021 14:41
Bölmə:Qarabağ 87 dəfə oxunub

Qarabağdakı ermənilərin separatçı rejimin “başçısı” Araik Arutunyana qarşı etirazları getdikcə çoxalır. Bu dəfə qondarma “parlament”in üzvü Metakse Akopyan A.Arutunyanı sərt tənqid edib.

“Deputatın” açıqlamalarına yer verən “news.am” saytı Akopyanın əldəqayırma “prezidenti” satqınlıqda ittiham etdiyini yazıb: “Bütün millət bilir ki, satqın onun özü və erməni tərəfdaşıdır(Nikol Paşinyanı nəzərdə tutur-red.).”

Akopyan A.Arutunyanın bircə sözünə də inanmadığını qeyd edib. O cümlədən də onun Qırmızı Bazarın təhlükəsizliyi barədə dediklərinə: “Mən Qırmızı Bazarda 10-12 gün əvvəl olmuşam və orada təhlükəsizlik görməmişəm. Biz Tağaverdə gedəndə insanlar təəccübləndilər. Onlar dedilər ki, siz ilk buraya gələnlərsiniz, digərləri gəlməyə qorxurlar. Yolda bizi Qırmızı Bazar, Spitakaşen və Şoşdan keçən azərbaycanlıların kolonu qarşıladı. Ona görə də Araik Arutunyanın bircə sözünə də inanmıram”.

Xatırladaq ki, son günlər Qırmızı Bazar yolunun Azərbaycanın nəzarətinə verilməsilə bağlı söhbətlər, müzakirələr çoxalıb. Və göründüyü kimi, bu məsələ separatçı qurumun daxilində çaxnaşmaya səbəb olub. / AzPolitika.info

reklam