İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
Bakını Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizləri... - Xəritə
01.04.2021 16:47
Bölmə:Kriminal 86 dəfə oxunub

Erməni politoloq, “Orbeli” analitik mərkəzinin keçmiş əməkdaşı Andranik Ovannisyan Naxçıvanla Azərbaycanın qalan ərazilərini birləşdirəcək nəqliyyat dəhlizləri barədə məılumat verib.

Versiya.az xəbər verir ki, politoloq Nikol Paşinyanın yanvarın 11-də Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bununla bağlı şifahi razılıqlar verdiyini söyləyib.

Belə ki, baş nazir Zəngəzurdan keçərək Naxçıvan və Türkiyəyə uzanan 2 nəqliyyat dəhlizinin açılmasına razılıq verib.

Bunlar Bakı-Horadiz-Meğri-Naxçıcan dəmir yolu xətti və Bakı-Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan avtomobil yoludur.

Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizlərinə nəzarəti Ermənistan tərəri deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək. (Modern)

reklam