İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
Paşinyan “Qazaxın kəndləri Azərbaycana qaytarılmayacaq”-deyən məmuru işdən çıxaracaq
01.04.2021 10:30
Bölmə:Dünya 102 dəfə oxunub

Ermənistan baş naziri Nikol Paşinyan bu gün daha bir kadr təyinatı edə bilər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tavuş vilayətinin qubernatoru Ayk Çobanyanın vəzifəsindən azad olunması bu günkü hökumət iclasında müzakirə olunacaq.

Onun Yerevana köçürülərək yüksək texnologiyalar naziri təyin olunması gözlənilir.

Xatırladaq ki, Ayk Çobanyan bir neçə gün öncə açıqlama verərək Qazaxın işğal altındakı 6 kəndinin Azərbaycana qaytarılmayacağını açıqlamışdı.

reklam