İş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Xarici işlər nazirinin müavini vəzifədən - ÇIXARILDI
Prezidentdən “Ağıllı şəhər” və “Ağıllı kənd”lə bağlı - SƏRƏNCAM
Sabahın hava proqnozu
Azərbaycan Ordusu Xankəndiyə buna görə girmədi
29.03.2021 16:19
Bölmə:Qarabağ 194 dəfə oxunub

Qarabağ məsələsi sayəsində Paşinyan çalışır ki, Rusiyanı Cənubi Qafqazdan çıxarsın.

Bunu “Yerevan Tudey”ə müsahibəsində Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. O, bu məqsədi onun qarşısına sahiblərinin qoyduğunu bildirib.

Aşotyan, həmçinin Qarabağın Azərbaycanın tərkibinə tam keçməsinə Rusiyanın mane olduğunu deyib:

“Qarabağın verilməsindən sonra Nikol Paşinyan Ermənistanın türkləşdirilməsinə başlayıb. Rusiya Paşinyana Xankəndini verməyə mane oldu. Araik Arutyutyan o zaman Xankəndinin boşaldılması tapşırığını vermişdi”. /Axar.az

reklam