Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
İlham Əliyev yenidən YAP-ın sədri seçildi
İsrailli qadın ərinin gözünü əsgərimizə bağışladı- Video
“Bizi arxayın etmişdilər ki...” - Erməni polkovnik sensasion məlumatlar açıqladı
Bakıda bir evdən 5 gəncin meyiti tapıldı Bakı- Dəhşət
23.02.2021 14:06
Bölmə:Kriminal 124 dəfə oxunub

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb. 

Versiya.az Virtualaz.org-a istinadən xəbər verir ki, meyitlər bu gün tapılıb. 

Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. 

Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. 

Səbail rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.

reklam