"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
Deputat qazilərin problemlərindən danışdı
23.02.2021 11:31
Bölmə:Sosial 81 dəfə oxunub

Milli Məclisin deputatı Nigar Arpadarai bu gün parlamentin iclasında qazilərin üzləşdiyi problemlərə toxunub. Versiya.az-ın xəbərinə görə, deputat çıxışında təəssüflə müharibədə yaralanmış qazilərin müəyyən müəsəssilərdə kağız almaq üçün növbəyə durduqlarını deyib:

“Bu da onlar üçün çətinlik yaradır. Qurumlar işini prosedura uyğun qurublar. İndiki halda isə bunu sistem halına salmalıyıq. Yaralalılarımız bilməlidir ki, dövlət onların qayğısına qalır. Bu məqsədlə də “Asan xidmət” modeli yaradılmalıdır. Onlar sənədləri almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. “Səyyar asan” və könüllülər xidməti təşkil edilməlidir”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da əlillərin sosial müdafiəsi, əlilliyin müəyyənləşdirilməsi məsələsinə toxunub.

Qeyd edib ki, xüsusilə, əlilliyin müəyyənləşdirilməsi məsələsində yeniliklər tətbiq olunsa və bu, cəmiyyət tərəfindən razılıqla qarşılansa da,  məsələ ətrafında müəyyən narahatlıqlar var.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qanunvericilikdəki müəyyən boşluqların doldurulmasına ehtiyac var. (Modern)

reklam