"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
İtkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib- Foto
23.02.2021 10:54
Bölmə:Şəhidlər 121 dəfə oxunub

Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.

Versiya.az-ın məlumatına görə, adı Vətən müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rafapovun şəhid olduğu təsdiqlənib.

5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimiz bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

 

 
Ə. Rafapov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub.

Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rafapov Gəncədə anadan olub. Uşaq  yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

 

 

reklam