"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
“Zəfər yolu” avqustun sonunadək istifadəyə veriləcək
22.02.2021 12:23
Bölmə:Qarabağ 51 dəfə oxunub

Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

Versiya.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O, Prezidentin bir müddət əvvəl Şuşaya səfərini xatırladıb:

"Qeyd edim ki, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib. Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək".

S.Məmmədov deyib ki, ölkəmizin şimal və şimali qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq və bu istiqamətdə və əksinə baş verən tıxac problemini qismən həll etmək məqsədilə, Bakı-Sumqayıt yolunun “ 20 Yanvar” tunelindən Masazır körpüsünədək olan hissəsində yolun genişləndirilməsi işləri cari ilin iyun ayında başa çatdırılıb.

Onun sözlərinə görə, Xırdalan dairəsindəki mövcud tunelin yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağı yaradılıb:

"Yeni tikilən tunellərdən sonra, dayaqları yolun hərəkət hissəsinə düşən dəmir yolu körpüsü də sökülərək, yeni bir aşırımlı metal körpünün tikilməsi bu ərazidə hərəkətin sıxlığını aradan qaldırıb. Bundan əlavə, Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi də başa çatmaq üzrədir. Qovşaq 2 yol ötürücüsündən ibarətdir (4 aşırımlı 128 m və 3 aşırımlı 96 m, yol ötürücülərinin eni 9 m-dir). Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə və əksinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılmış olacaq". (Modern)

reklam