Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
Nizami Gəncəvi ilə bağlı müsabiqə elan olundu
22.02.2021 10:54
Bölmə:Mədəniyyət 63 dəfə oxunub

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edir.

Bu barədə Milli Xalça Muzeyindən məlumat verilib.

Bildirlib ki, müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını [email protected] elektron ünvanına 15 may 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.

Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və 30 may 2021-ci il tarixində elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

Qeyd edək ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

reklam