Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
İlham Əliyev yenidən YAP-ın sədri seçildi
İsrailli qadın ərinin gözünü əsgərimizə bağışladı- Video
“Bizi arxayın etmişdilər ki...” - Erməni polkovnik sensasion məlumatlar açıqladı
“Anım mərasimləri Xocalının özündə qeyd edilməlidir”- AMİP funksioneri
19.02.2021 10:59
Bölmə:Siyasət 217 dəfə oxunub

Son günlər cəmiyyətin əsas gündəmi “Xocalı soyqırımı”nın anım günlərinin Xocalıda keçirilib-keçirilməməsi ilə bağlıdır. Həm ictimai təşkilatlar, həm siyasi partiyaların nümayəndələri, eləcə də ayrı-ayrı şəxslər bununla bağlı müxtəlif fikirlər səsləndirirlər.

Versiya.az xəbər verir ki, məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının sədri Rəşad Bayramov ziyarətlərin bilavasitə Xocalıda gerçəkləşdirilməsinin tərəfdarıdır: “Milli İstiqlal Partiyası olaraq hər il Xocalı soyqırımının ildönümündə Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün Xocalı abidəsini ziyarət etmişik. Lakin bu il digər illərdən fərqli bir ildir. Belə ki, Vətən müharibəsindən sonra torpaqlarımızın böyük bir qismi işğaldan azad olunub və AMİP olaraq qərarımız ondan ibarətdir ki, şəhidlərimizin və Xocalı qurbanlarının yad edilməsi məhz Xocalıda həyata keçirilməlidir".

Bu istiqamətdə hakimiyyətdən real addımlar atmasını gözlədiyini söyləyən AMİP funksioneri bildirib ki, torpaqlarımız işğaldan azad edilib, bu halda anım tədbirləri də orada keçirilməlidir: “Əgər torpaqlarımız işğaldan azad olunubsa, əgər ərazi bütövlüyü bərpa edilibsə, o zaman niyə də anım mərasimləri Xocalının özündə qeyd olunmasın. Görüləcək işlərə gəldikdə isə partiya olaraq üzərimizə düşən əsas vəzifə Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünya birliyinə çatdırılması ilə bağlıdır. Partiya olaraq uzun illər ərzində bununla bağlı xeyli işlər görmüşük. Üzv olduğumuz beynəlxalq təşkilatlara və ayrı-ayrı ölkələrin hökumətlərinə Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmaq üçün sənədlər hazırlamış və müraciətlər etmişik. Bu artıq bir ənənə halını alıb. Bu il də müvafiq müraciətlər və sənədlər hazırlanıb və yuxarıda qeyd etdiyim ünvanlara göndəriləcək”.

reklam