"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
Ermənilər Zəngəzurun Zeyvə kəndini boşaldır- Səbəb
18.02.2021 17:07
Bölmə:Xəbər 74 dəfə oxunub

Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini  tərk edir.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə kəndin icma rəhbəri Beniamin Poqosyan açıqlama verib.

O, sərhədlərin delimitasiyasından sonra Azərbaycan Ordusunun mövqelərinin kəndə yaxın olduğunu və təsərrüfatla məşğul olmaq üçün yararlı torplaqların az olmasından şikayətlənib.

“Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkündür. Kəndlilər mal-qarasını satıb kənddən çıxır. Hökumət bizim problemlərlə maraqlanmır”.

Onun sözlərinə görə, vəziyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq.  

reklam