"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
Putindən qapalı görüşdə şok bəyanat: Bakının qələbəsi...
16.02.2021 12:10
Bölmə:Dünya 69 dəfə oxunub

Məşhur rusiyalı jurnalist, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Rusiya Prezidenti Vladimir Putinlə qapalı görüşündən maraqlı məqamları açıqlayıb.

Versiya.az xəbər verir ki, Venediktov Rusiya Prezidentinin 2020-ci ildə fəxr edə biləcəyi üç mühüm nailiyyətindən danışdığını qeyd edib.

“Putin bu qapalı görüşdə Rusiyanın ən güclü təsirə malik vaksin hazırlaya bilməsindən çox məmnun olduğunu söyləyib. “Vaksin məsələsi məni çox məmnun etdi”, - deyə Putin qeyd edib. O, həmçinin bildirdi ki, Qarabağ probleminin çözülməsindən çox razıdır və hətta Bakının qələbəsi ilə tamamlanan proseslə fəxr edir. Üçüncüsü: Prezident 2020-ci ildə Rusiyanın yeni növ silahlarından razılığını dilə gətirdi”, - deyə Venediktov “Exo Moskvı”nın efirində bildirib.

Təbii ki, jurnalistin bu sözləri rusofobiya mühitinin hökm sürdüyü Ermənistanda birmənalı qarşılanmayıb. Yenə də aparıcı erməni mediası Kremlin və rusların ünvanına tənqidlər səsləndirib. (Axar.az)

reklam