"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
Sabiq deputatın evi qarət olundu
13.02.2021 14:05
Bölmə:Dünya 65 dəfə oxunub

Gürcüstan parlamentinin keçmiş deputatı Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evində oğurluq olub.

Versiya.az xəbər verir ki, 24News.ge-yə danışan Azər Süleymanov bildirib ki, oğurluq sistemli şəkildə baş verib və oğrular ayrı-ayrı günlərdə evə daxil olublar.

Onun sözlərinə görə, oğruların evə girməsi təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Süleymanov bildirib ki, cinayətkarların evə sonuncu dəfə daxil olması bu gün səhər saat 07:00 radələrində baş verib.

Oğrular evin həyətində olan antikvar əşyaları oğurlayıb və avtomobili qarət ediblər, lakin mənzilə daxil ola bilməyiblər.

Azər Süleymanov hələlik oğurlanan əşyaların dəyərinin bilinmədiyini qeyd edib: "Hal hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları evdə istintaq aparır, evə yerləşdirilən kamera görünütüləri polis tərəfindən götürülüb".

reklam