YAZARLAR
Manaf Ağayev xanım müğənninin bank borcunu ödədi
03.02.2021 11:25
Bölmə:Şou 364 dəfə oxunub
03.02.2021 11:25
Bölmə:Şou 364 dəfə oxunub

Müğənni Manaf Ağayev müğənni həmkarının banka olan borcunu ödəyib.
Versiya.az xəbər verir ki, ifaçı “pişik Günel” ləqəbi ilə tanınan Günel Ələkbərovanın borcunu ödəyib.
Bu haqda müğənni Afət Fərmanqızı Dalğa TV-də yayımlanan “Günə bir şou” proqramında məlumat verib. O, bildirib ki, pandemiyada qazancı olmadığına görə kreditə aldığı evinin aylıq haqqını ödəyə bilməyən Günelə Manaf Ağayev yardım edib.
Qeyd edək ki, G.Ələkbərovaya evinin satışa çıxarılacağı ilə bağlı bankdan xəbərdarlıq gəlmişdi. (Yeni Sabah)

.png)