Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
Dövlət qrumunun rəhbəri deputatı hədələyib - AÇIQLAMA
01.02.2021 17:30
Bölmə:Şou 111 dəfə oxunub

Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev parlamentdə BNA haqqında çıxışlarında səsləndirdiyi tənqidi fikirlərə görə, BNA rəhbərliyi tərəfindən təzyiqlərə və təhdidlərə məruz qaldığını bildirib.

Versiya.az xəbər verir ki, R.Quliyev bildirib ki, BNA rəhbəri Vüsal Kərimli ona zəng edərək BNA haqqındakı mövqeyinə görə onu sorğu suala tutub və “Sənin problemin mənimlədir, yoxsa BNA ilə?” soruşaraq deputata təziq göstərib.

R.Quliyev öz çıxışında bir dövlət qurumunun rəhbərinin deputatlar bu cür təzyiq və təhdid dilində danışmasına etiraz bildirib və bunun yolverilməz olduğunu vurğulayıb. Həmçinin, R.Quliyev öz həmkarlarından dəstək istəyib.

S.Qafarova məsələ ilə əlaqədar daha sonra Rüfət Quliyevlə söhbət aparacağını bildirib.

reklam