"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
Erməni "silah baronu" tutuldu - FOTOLAR
01.02.2021 13:59
Bölmə:Fotosessiya 104 dəfə oxunub

Ermənistanın Milli Təhlükəsizlik Xidməti "Patron Davo" ləqəbi ilə tanınan iş adamı David Qalstyana qarşı cinayət işi qaldırıb.

Versiya.az xəbər verir ki, D.Qalstyan saxlanıb və hazırda ifadə verir.

Ermənistanın ən böyük silah alverçisi və "silah baronu" kimi tanınan D.Qalstyan ölkənin Müdafiə Nazirliyinin bir neçə yüksək çinli mənsubu ilə sövdələşərək Ermənistan Silahlı Qüvvələrinə keyfiyyətsiz sursat, habelə normativlərə cavab verməyən və standartlara uyğun gəlməyən silahlar satıb.

Eyni zamanda, vurğulanır ki, D.Qalstyan Ermənistan ordusuna standartlara uyğun olmayan, köhnə və az uçuş məsafəli mərmilər satıb. İkinci Qarabağ Savaşında Ermənistan hərbçiləri hərbi əməliyyatlar zamanı bu mərmilərdən istifadə edə bilməyiblər.

Daha dəqiq olsaq, D.Qalstyan və onun əlbir olduğu şəxslər taktiki-texniki standartlara uyğun olmayan, 1977-ci ildə Çexiyada istehsal edilmiş mərmiləri Ermənistanın Müdafiə Nazirliyinə satıblar.

Satışı "ORSİS" şirkəti həyata keçirib.

D.Qalstyan Müdafiə Nazirliyinin və Baş Qərargahın bir neçə mənsubu ilə əlbir olaraq külli miqdarda dövlət vəsaitini mənimsəməkdə də suçlanır. Onun adı 4 cinayət işində keçir.

Ermənistanın dövlət büdcəsindən mənimsənmiş vəsaitin minimum 1,083 milyon dollar olduğu deyilir.

"Patron Davo" Ermənistanın baş naziri Nikol Paşinyan və sabiq müdafiə naziri David Tonoyanın yaxın adamı kimi tanınır.

"Silah baronu"nun həbsində Rusiyanın Ermənistan rəhbərliyinə göstərdiyi təzyiqin də rol oynadığı deyilir. Belə ki, artıq sabiq müdafiə naziri David Tonoyanla onun müavini Makar Qambaryan "Patron Davo" ilə əlbir olaraq Rusiyadan silah alınması ilə bağlı əməliyyatlarda fırıldaqçılıq edərək külli miqdarda vəsaiti mənimsəyiblər.

Bundan başqa, Rusiyanın "Rosoboroneksport" dövlət şirkətinin Ermənistana satdığı silah, sursat və hərbi texnika sonradan başqa ölkələrə satılıb.

Satışları Tonoyan-Qambaryan-Qalstyan triosu gerçəkləşdirib. Onların silah və hərbi texnika satdıqları ölkələr arasında Suriya ilə Liviya xüsusi yerləri tuturdular.

D.Qalstyan Rusiya ilə yanaşı, Serbiyadan, Bolqarıstandan, İordaniyadan, Çindən, Çexiyadan və Birləşmiş Ərəb Əmirliklərindən də silah-sursat alırdı.

Məsələn, İordaniyada "Patron Davo"nun tərəfdaşı Baş Qərargah rəisi, general-mayor Yusif Huneyti idi. Onun İordaniyadakı digər tərəfdaşı isə Kral Abdulla adına İnkişaf və Mühəndislirk Mərkəzinin direktoru Əmcad Xamis əl Süheyl idi.

BMT Təhlükəsizlik Şurasının hesabatlarında David Qalstyan Suriyaya qanunsuz silah və sursat satan şəxs kimi göstərilib.

Dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiyada, Litvada və Birləşmiş Ərəb Əmirliklərində axtarışda olan şübhəli şəxs elan edilmiş David Qalstyan "Mosston Engineering" adlı offşor şirkətinin də banisi və sahibidir.

"Patron Davo" ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında imzalanmış müqavilələrdən, sadəcə, birinə görə, nazirlik "Mosston Engineering"a 3,5 milyon dollar borclu idi.

Digər müqavilə isə "Mosston Engineering" şirkətinə Ermənistanın Müdafiə Nazirliyinin adından hərbi texnika və sursat alınması üçün eksklüziv hüquqlar verib.

D.Qalstyanın İordaniya ilə gerçəkləşdiyi iki əməliyyatı xatırladaq.

"Patron Davo"nun "Mosston Engineering" şirkəti İordaniyadan 27 milyon dollara köhnə, 1960-cı illərdə istehsal edilmiş "Osa" zenit-raket kompleksləri və 1950-ci illərinr istehsalı olan "ZU M55" almışdı. Daha sonrra Qazaxıstandan 30 milyon dollara istismar müddəti bitmiş artilleriya mərmiləri alınıb.

İrəvanda David Qalstyan tutuldu. Lakin onun hamisi, sabiq müdafiə naziri David Tonoyan hələ azadlıqdadır.

reklam