"Azad olunmuş ərazilərdə ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"- Türkiyə səfiri
Xarici diplomatlar Qubadlıdadır
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP İdarə Heyətindən çıxarıldı
Azərbaycan-Qətər matçı Londonda keçirilə bilər
29.01.2021 17:20
Bölmə:İdman 99 dəfə oxunub

"Mart ayında bizi çox çətin qrafik gözləyir. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".

Versiya.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib. O bildirib ki, Qətər seçməsi matçını İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir. Məmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir.

Qeyd edək ki, yığmamız bu il martın 27-də Qətərin qonağı olacaq. Noyabrın 14-də isə bu komandanı qəbul edəcək.

reklam